Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirilmişdir

14 mart 2023 | 13:12

   14 mart 2023-cü il tarixində Qaradağ Gənclər Evində Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində Qaradağ rayonu ərazisində yerləşən orta umumtəhsil məktəbliləri arasında “Şeir müsabiqəsi” keçirilmişdir.

   Şeir müsabiqəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən mövzularda yazılmış şeirlər təqdim olunmuşdur.

   Müsabiqədə I yeri 166 nömrəli orta Məktəbin şagirdi, II yeri 222 nömrəli orta Məktəbin şagirdi, III yeri isə 320 nömrəli orta Məktəbin şagirdi tutmuşdur.

   Müsabiqədə münsiflər heyəti olaraq gənc şair, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva və Qaradağ rayon       Mərkəzləşdirilmiş Kitabxana sisteminin 2 saylı Filial direktoru Ulduz Heybətova iştirak etmişdir.

   Qaliblər müəssisə tərəfindən diplom və hədiyələrlə mükafatlandırılmışdır.

Keçidlər