Şriftin ölçüsü :

Saytın rəngi :

Turizm xidmətlərinin təkmilləşdirilməsi sahəsində Qaradağ rayonunda tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələ Şura iclasında müzakirə olunmuşdur

31 avqust 2023 | 15:54

31 avqust 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın növbəti iclası keçirilmişdir. Şuranın işində rayon icra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon icra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri iştirak edirdi.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli, 500 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.55-ci bəndinə əsasən Regionlarda turizm xidmətlərinin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi ilə bağlı məruzəsi dinlənilmişdir. 

Məruzəçi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Qaradağ rayonunda turizm potensialının aşkarlanması və müvafiq təkliflərin hazırlanması məqsədilə monitorinq qrupu yaradıldığını bildirmişdir.

Monitorinq qrupu tərəfindən rayonun turizm potensialının aşkarlanması, mövcud turizm marşrutlarının inkişaf etdirilməsi və yeni turizm marşrutlarının yaradılmasının təşviqi ilə bağlı təkliflər hazırlanmış və 21 iyun 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın iclasında müzakirə olunmuşdur.

Monitorinq qrupu tərəfindən hazırlanmış təkliflər Dövlət Turizm Agentliyinə təqdim edilmişdir.

09 avqust 2023-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi Rauf Səfərovla görüşü baş tutmuşdur. Görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlər geniş müzakirə olunmuşdur. Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən rayonda turizm potensialının aşkarlanması və müvafiq təkliflərin hazırlanması məqsədi ilə yaradılmış monitorinq qrupunun gördüyü işlərdən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan Respublikasının turizm potensialı olan ərazilərində dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradılması barədə hazırlannmış təkliflər müzakirə olunmuşdur.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısına yenidən müraciət edərək Qaradağ rayonunun turizzm potensialının qiymətləndirilməsi məqsədilə Agentliyin əməkdaşlarının əraziyə baxış keçirilməsinin planlaşdırılması barədə məlumat vermişdir.

Məlumat veririk ki, Qaradağ rayon İcra Hakimiyyəti ilə Bakı-Abşeron Regional Turizm İdarəsi arasında rayonun turizm sahəsinin inkişafı istiqamətində əməkdaşlıq davam etməkdədir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əlavə olunmuş siyahılara əsasən Qaradağ rayon ərazisində yerləşən dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarətə götürülmüş, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hərəkətlərin qarşısı alınması üçün müvafiq tapşırıqlar verilmişdir.

Qaradağ rayonu ərazisində Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında“ 2295 saylı və “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 500 saylı sərəncamlarin icrası təmin edilməkdədir.

Məruzə ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının Qaradağ rayonunda turizm xidmətlərinin təkmilləşdirilməsinin daha səmərəli həyata keçirilməsinə nail olmaq istiqamətində görüləcək işlərlə bağlı sualları, rəyləri və təklifləri dinlənilmişdir. Gündəlikdəki məsələyə dair Şuranın qərar layihəsi oxunmuş, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir.

 

Keçidlər