Şriftin ölçüsü :

Saytın rəngi :

Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Karyera Sərgisi” keçirilmişdir.

26 may 2026 | 16:45
26 may 2026-cı il tarixində Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşə təhsil müəssisələrinin məzunları və buraxılış qruplarında təhsil alan tələbələr üçün “Karyera Sərgisi” keçirilmişdir.
Mərkəzin təşkilatçılığı ilə baş tutan sərgidə 20-dən çox işəgötürən müəssisə 120-dən artıq vakansiya ilə iştirak etmişdir. Ölkənin qabaqcıl şirkətlərinin qatıldığı tədbirdə 500-dən çox gənc müxtəlif iş və karyera imkanları ilə yaxından tanış olmaq imkanı əldə etmişdir.
Tədbirdə çıxış edən Mərkəzin direktoru peşə təhsilinin əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr hazırlığında mühüm rol oynadığını vurğulamışdır. Bildirilmişdir ki, bu cür sərgilər məzunların məşğulluğunun artırılması, gənclərin əmək bazarına inteqrasiyası və gələcək karyera inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Sərgi çərçivəsində iştirakçılar işəgötürənlərlə birbaşa ünsiyyət qurmuş, vakansiyalar, təcrübə proqramları və gələcək əməkdaşlıq imkanları barədə ətraflı məlumat əldə etmişlər.
 
Keçidlər