Şriftin ölçüsü :

Saytın rəngi :

“Şuşa ili”nə həsr olunmuş şeir müsabiqəsi keçirildi

27 may 2022 | 10:25

27 may 2022-ci il tarixində Qaradağ rayon Heydər Əliyev Mərkəzində rayon ümmumtəhsil məktəbliləri arasında “Şuşa İli”nə həsr olunmuş şeir müsabiqəsi keçirildi. Tədbirdə Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Leyla Nəcəfova, Qaradağ Rayon icra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva və rayon ümumtəhsil məktəblərinin müəllimləri iştirak edirdi. Öncə tədbirin aparıcısı Şuşa şəhəri haqqında tədbir iştirakçılarına məlumat verdi. O, öz çıxışında qeyd etdi ki: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkanıdır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.

Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddətdə Şuşanın Baş planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin bərpası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.

 “Şuşa İli”nə həsr olunmuş şeir müsabiqəmiz açıq elan olundu. Müsabiqədə iştirak edən rayon ümumtəhsil məktəblərin şagirdləri Şuşa şəhəri haqqında şeirləri təqdim ediblər. Münsiflər heyyətinin rəyi əsasında qaliblər seçilib. Müsabiqənin qalibləri diplom və medalları ilə təltif olunublar.

Keçidlər