“Sosial təhlükəli ailələrdə valideynlik hüquqları” mövzusunda marifləndirici tədbir keçirilmişdir.
7 may 2026-cı il tarixdə Qaradağ Rayon Prokurorluğunun və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Kollegiyasının 26 dekabr 2025-ci il tarixli, 05 nömrəli qərarı ilə “Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol xəritəsi”nin icrası ilə əlaqədar “Sosial təhlükəli ailələrdə valideynlik hüquqları” mövzusunda marifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon Prokurorunun köməkçisi Qorxmaz Babaşzadə, Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Uşaq Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov, Qaradağ Gənclər İdman Sektorunun müdiri Elçin Abbasov, Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin inspektoru Polis leytenantı Elnur Əhmədov və Qaradağ Rayon ümumtəhsil müəssilərində təhsil alan nümunəvi şagirdlər iştirak edirdi.
Çıxışçılarda bildirildi ki, Ailə sosial sistemin əsas təməl daşıdır. Xüsusi mühitləri formalaşdıran sağlam və xoşbəxt ailələr eyni psixoloji xüsusiyyətləri paylaşırlar. Azərbaycan qanunvericiliyinə görə, üç və ya daha çox uşağı olanlar çoxuşaqlı ailə statusu daşıyır və sosial dəstək tələblərinə uyğundurlar. Bu gün Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.
Ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.Uşaq sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyüyərsə, ölkənin parlaq gələcəyi də bir o qədər inkişaf edər. Son illər ölkəmizdə uşaqlara, gənc və yeniyetmələrə göstərilən dövlət qayğısının artması və bu sahənin daim diqqət mərkəzində saxlanılması bu amala xidmət edir.
Tədbir diskussiya şəklində davam etdi. Sonda gəncləri maraqlandıran suallar cavablandırıldı.






