Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Xəlilov Ələddin Əlizaman oğlunun doğum günüdür

29 iyun 2023 | 14:18

Bu gün 29.06.2021-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Xəlilov Ələddin Əlizaman oğlunun doğum günüdür.
Xəlilov Ələddin Əlizaman oğlu 29.06.2001-ci il tarixində Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olmuşdur. 44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan ədalət mübarizəsində əsgər iştirak etmişdir və qəhrəmancasına şəhid olmuşdur. Müharibədə göstərdiyi rəşadətə, igidliyə görə “Vətən uğrunda” medallı ilə təltif olunmuşdur.
Şəhid Xəlilov Ələddin Əlizaman oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını, xatirəsini ehtiramla yad edildi, məzarı üstünə gül dəstələri qoyuldu.
Daha sonra şəhid Xəlilov Ələddin Əlizaman oğlunun xatirəsinə Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilən bulaq kompleksinin açılışı olub.
Şəhid ailəsi və valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.

Keçidlər