Şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Məstəliyev Nürəddin Hasil oğlunun şəhadətə ucaldığı gündən üç il ötür.
Bu gün 13.11.2023-cü il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Məstəliyev Nürəddin Hasil oğlunun şəhadətə ucaldığı gündən üç il ötür.
44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Nürəddin Məstəliyevin il mərasimi keçirilib. İl mərasimində rayon icra hakimiyyəti başçısı aparatının müavini və şöbə müdirləri iştirak ediblər. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib sonra isə məzarı üzərinə gül dəstələri qoyulub.
Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.