Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlik zirvəsinə yüksəlmiş Abbasov Pünhan Nəsir oğlunun doğum günü münasibətilə məzarı ziyarət olundu.

17 avqust 2023 | 15:09

   Bu gün 17.08.2023-cü il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Abbasov Pünhan Nəsir oğlunun doğum günü münasibətilə məzarı ziyarət olundu. Abbasov Pünhan Nəsir oğlu 17.08.1997 -ci il tarixində Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olmuşdur.
   44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan “Dəmir yumruğ” əməliyyatında Suqovuşan istiqamətindəki döyüşlərdə iştirak etmişdir və 17.10.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. Müharibədə göstərdiyi rəşadətə, igidliyə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
   Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Qaradağ rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstəsi qoyulub. Daha sonra şəhidin ailəsi ziyarət olunub.
   Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.

Keçidlər