Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhidlər” abidə kompleksinin önünə əklilqoyma mərasimi keçirildi.

08 noyabr 2025 | 15:33

“8 Noyabr Zəfər Günü” ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Şura üzvləri, şəhid ailələri və qazilər, həmçinin rayon icra hakimiyyətinin və YAP Qaradağ Rayon Təşkilatının rəsmiləri, ictimaiyyət nümayəndələri Qaradağ rayonu Lökbatan qəsəbəsindəki “Şəhidlər” abidə kompleksini ziyarət edərək şəhidlərin əziz xatirələrini anıblar. Onlar abidə önünə əklil və çələnglər qoyaraq şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

   Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Onlar övladlarının qəhrəmanlığı ilə qazanılan Zəfərdə pay sahibi olduqlarını qeyd edərək bununla fəxr etdiklərini vurğulayıblar.

   Vətən yolunda canından keçən şəhidlərimiz daim qəlbimizdə yaşayacaq, onların qanları ilə azad etdikləri torpaqlar isə göz bəbəyi kimi qorunacaqdır. Şəhidlərimizlə qürur duyur, ruhlarına Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

   Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər