Şəhid və qazi ailələri ilə yeni il öncəsi görüş keçirildi
28 dekabr Qaradağ şadlıq sarayında Şəhid və qazi ailələri görüş keçirlmişdir.
Keçirillmiş tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mİkayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, Rayonun Hüquq mühafizə orqanlarının rəhbərləri, Aparatın məsul işçiləri, Şəhid və qazi ailələri, həmçinin Şəhidlərimizin və qazilərimizin övladları iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Şəhid və Qazi ailələrini qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni 2023-cü il münasibəti ilə təbrik edərək, ölkə başçısının daim diqqət və qayğısından söz açdı. Uşaqlara göstərilən xüsusi qayğı, onların gələcəkdə Azərbaycanın layiqli övlad olmalarını vurğuladı.
Tədbirdə iştirak edən qonaqlar ənənə halını almış bayramdan öncə şəhid və qazi ailələri ilə görüşlərin müsbət hal olduğunu, onların sosial məsələlərinin daim ölkə rəhbərinin nəzarətində olduğundan danışdılar. Bildirdilər ki, Azərbaycan xalqı daim onlara xüsusi hörmətlə yanaşır.
Tədbir yeni il şənliyi ilə davam etdi, tədbirdə iştirak edən Şaxta baba və Qar qız uşaqlara yeni il sovqatları hədiyyə etdilər. Tədbirdə iştirak edən nağıl qəhrəmanları, şən klounlar uşaqlarla rəqs etdilər, maraqlı oyunlar keçirdilər.
Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını, onları daim diqqət mərkəzində saxlayan cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirdilər