Şəhid Teyyublu Çərkəz Vidadi oğlunun şəhadətə ucaldığı gündən üç il ötür
Bu gün 24.10.2023-cü il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən biri kiçik çavuş Teyyublu Çərkəz Vidadi oğlunun şəhadətə ucaldığı gündən üç il ötür.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, şəhidin ailə üzvləri, yaxınları, qazilər, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri 24.10.2020 ci il tarixdə Şəhid olmuş Teyyublu Çərkəz Vidadi oğlunun Şonqar qəsəbəsində yerləşən məzarını ziyarət etmiş, məzarın üzərinə gül dəstələri qoymuş, Şəhidin ailəsinə baş çəkmişlər.