Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rəsulov Teymur Yavuz oğlu və Fərziyev Saməddin Mehman oğlunun şəhadətə ucaldığı gündən üç il ötür

21 oktyabr 2023 | 11:51

   Bu gün 21.10.2023-cü il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən Rəsulov Teymur Yavuz oğlu və Fərziyev Saməddin Mehman oğlunun şəhadətə ucaldığı gündən üç il ötür.

   Şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınıları, qazilər, Milli Məclisin deputatı Aydın Hüseynov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları tərəfindən rayonun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Rəsulov Teymur Yavuz oğlu və şəhid Fərziyev Saməddin Mehman oğlunun məzarı önünə gül dəstələri qoyulmuşdur.

   Daha sonra şəhid ailələri ziyarət olunmuş, onlara ərzaq  və maddi yardımlar göstərilmişdir. Şəhid ailələri ilə söhbət edilərək, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir. Dövlətimiz tərəfindən şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı mühüm tədbirlərin görüldüyü diqqətə çatdırılmış, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq bildirilmişdir.

 
 
 
 
Keçidlər