Şəhid Qədirov Şahin Bayram oğlunun anım mərasimi keçirildi
Qədirov Şahin Bayram oğlu 1990-cı il yanvar ayının 3-də Bakı şəhəri Qaradağ rayonu, Çeyildağ qəsəbəsində anadan olub. Ailəli idi. Bir oğlan övladı var.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinantlılarının giziri olan Qədirov Şahin Bayram oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qədirov Şahin Bayram oğlu oktyabrın 6-da Fizuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonu Sanqaçal qəsəbəsi, Sofihəmid məzarlığında dəfin olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qədirov Şahin Bayram oğlu ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Döyüşdə fərqlənmə” medalları ilə təltif edilmişdir.
06.10.2023- cü il tarixdə Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələriiştirakı ilə şəhidin məzarı ziyarət edilmiş, üzərinə gül dəstələri qoymuşlar.
Daha sonra şəhidin Qaradağ rayonu, Çeyildağ qəsəbəsində təşkil edilmiş üçüncü il mərasimində iştirak edilmişdir.
Qaradağ Rayon İcra Hakimiyətinin başçısı Süleyman Mikayılov Şəhid ailəsi ilə söhbət etmiş, onları narahat edən problemləri diləmişdir. Şəhidin valideynləri cənab prezidentə və Mehriban xanıma şəhid ailələrinə göstərən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.