Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Pünhan Abbasovun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib

17 avqust 2026 | 16:49

   17 avqust 2026-cı il tarixində Qaradağ rayonu, Qobustan qəsəbəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçmiş şəhid Pünhan Nəsir oğlu Abbasovun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.
   Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının məsul şəxsləri, şəhidin ailə üzvləri və yaxınları, müharibə əlilləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoymuş və onun əziz xatirəsini ehtiramla yad etmişlər.
   Mərasimdə şəhidlərimizin əbədi ehtirama layiq olduqları qeyd edilib. Vətən yolunda canından keçən igid övladlarımızın hər zaman qəlbimizdə yaşayacaqları, onların qanlarıyla azad etdikləri torpaqlarımızı göz bəbəyi kimi qoruyacağımız xüsusi vurğulanıb. Bildirilib ki, Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları ilə bağlı Azərbaycan dövləti tərəfindən mühüm tədbirlər görülür. Dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirən ailə üzvləri Prezident, Ali Baş Komandan İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
   Şəhidlərimizlə qürur duyur, onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik.

 

Keçidlər