Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Musayev Elşən Hüseyn oğlunun doğum günüdür.

21 iyun 2023 | 16:22

   Bu gün 21.06.2023-cü il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Musayev Elşən Hüseyn oğlunun doğum günüdür.
   Musayev Elşən Hüseyn oğlu 21 iyun 1998-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1994-2005 ci illərdə Ağsu şəhər 3 saylı tam orta məktəbdə təhsil almışdır.
   27 Sentyabr 2020-ci ildə Vətən müharibəsinə qatılmışdır. Cəbrayıl və Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 8 oktyabr 2020-ci ildə şəhid olmuşdur. 30 oktyabr 2020-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində dəfn edilmişdir.
   Şəhid Musayev Elşən Hüseyn oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını, xatirəsini ehtiramla yad edildi, məzarı üstünə gül dəstələri qoyuldu.
   Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.

 
Keçidlər