Şəhid Kəlbiyev Şaiq Namiq oğlunun şəhadətə ucaldığı gündən üçüncü il ötür
Bu gün 18.10.2023-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin Kəlbiyev Şaiq Namiq oğlunun şəhadətə ucaldığı gündən üçüncü il ötür.
Şaiq Kəlbiyev 1994-cü il sentyabrın 10-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində E. Eyyubov adına 273 nömrəli tam orta məкtəbin birinci sinfinə daxil olub və 2007-ci ilə qədər orada təhsil alıb. 2007-ci ildən təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsində 319 nömrəli tam orta məкtəbdə davam edib və 2012-ci ildə məzun olub. 2012-2014-cü illərdə Sosial-İqtisadi Kollecində təhsil alıb.27 sentyabrda düşmənə qarşı aparılan ədalət mübarizəmizdə ehtiyyatdan xidmətini davam etdirmək üçün ordu sıralarına göndərilib. 15.10.2020-ci il tarixində Suqovuşan-Ağdərə istiqaməti uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Şəhidlərin ailə üzvləri, yaxınları, qazilər, şəhidin YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələriı şəhid Kəlbiyev Şaiq Namiq oğlunun şəhidin məzarını ziyarət etmiş, məzarı üzərinə gül qoymuşdur, ruhuna dualar oxunmuşdur.
Daha sonra şəhidin evi ziyarət olunmuş, şəhid ailəsinə ərzaq və maddi yardım edilmişdir. Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir.Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır,göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.