Şəhid İbadov Rafiq Baloğlan oğlunun anım mərasimi keçirilib
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov , Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və Milli Məclisin üzvü Səbinə Xasayeva 44 günlük Vətən müharibəsinin ilk günlərində 29.09.2020 ci il tarixdə Füzuli uğrunda gedən döyüşlərdə Şəhid olmuş İbadov Rafiq Baloğlan oğlunun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında yerləşən məzarını ziyarət etmiş, məzarın üzərinə gül dəstələri qoymuş, Şəhidin ailəsinə baş çəkmiş və onun üçüncü il mərasimində iştirak etmişlər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Şəhid ailəsi ilə söhbət etmiş, onları narahat edən problemləri diləmişdir. Şəhidin ailəsi cənab prezidentə və Mehriban xanıma şəhid ailələrinə göstərən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.