Şəhid Hüseynov Rafiq Hüseyn oğlunun Qaradağ rayonu, Lökbatan qəsəbəsində 40 mərasimi keçirilmişdir.
Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 34 ildən sonra tapılaraq 20 fevral 2026-cı il tarixdə dəfn olunan şəhid Hüseynov Rafiq Hüseyn oğlunun 31 mart 2026-cı il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində 40 mərasimi keçirilmişdir.
Mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən, başçının birinci müavini Emil Abbasov, rayon icra hakimiyyətinin başçısı aparatının rəhbər şəxsləri, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ziyarət olunaraq üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuş, daha sonra ehsan süfrəsində iştirak edilərək ailə üzvlərinə başsağlığı verilmişdir.
Qeyd edək ki, Hüseynov Rafiq Hüseyn oğlu 16 aprel 1974-cü ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuşdur. O, 15 iyun 1992-ci ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. Şəhid Qaradağ rayonu, Lökbatan qəsəbəsində Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Şəhid ailələrinin üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbr diləyirik.






