Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əzizov Fikrət Abbas oğlunun anım mərasimi keçirilib

30 oktyabr 2026 | 16:39

   30 oktyabr 2026-cı il tarixində Qobustan qəsəbəsində Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 33 ildən sonra tapılaraq 30 oktyabr 2025-ci il tarixində dəfn olunan şəhid Əzizov Fikrət Abbas oğlunun anım mərasimi keçirilmişdir.
   Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, həmçinin şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak etmişdir.
   Qonaqlar şəhidin məzarını ziyarət edərək, ailə üzvlərinə dərin hüznlə başsağlığı vermiş və səbr arzulamışlar. Ziyarət zamanı Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqdan bəhs olunmuş və qeyd olunmuşdur ki, bu gün azad olunmuş torpaqlarda müqəddəs üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
   Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.

Keçidlər