Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Eyvazlı Məzdək Əli oğlunun şəhadətə ucaldığı gündən üç il ötür

29 oktyabr 2023 | 12:27

   Bu gün 29.10.2023-cü il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Eyvazlı Məzdək Əli oğlunun şəhadətə ucaldığı gündən üç il ötür. 

   Şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şəhidin ailə üzvləri,  yaxınıları,qazilər, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon icra hakimiyyəti başçısının müavinləri, icra hakimiyyətinin məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Mərasim iştirakçıları tərəfindən rayonun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Eyvazlı Məzdək Əli oğlunun məzarı önünə gül dəstələri qoyulmuşdur.

   Qaradağ Rayon İcra Hakimiyətinin başçısı Süleyman Mikayılov Şəhid ailəsi ilə söhbət etmiş, onları narahat edən problemləri diləmişdir. Şəhidin valideynləri cənab prezidentə və Mehriban xanıma şəhid ailələrinə göstərən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər