Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elxan Həsənovun şəhadətə yüksəlməsinin 29 illiyi münasibətilə anım tədbiri keçirildi

02 fevral 2023 | 18:27

   02.02.2023-cü il tarixində Elxan Həsənov adına 139 saylı tam orta  məktəbdə, Elxan Həsənovun şəhadətə yüksəlməsinin 29 illiyi münasibətilə anım tədbiri keçirildi.
   Tədbir Qaradağ Rayon İcra Hakimiyyəti, "Qarabağ qaziləri" ictimai birliyinin Qaradağ filialının və məktəb rəhbərliyinin təşkilatçılığı ilə baş tutdu. 
  Tədbirdə şəhidin anası Zeynəb Həsənova, Millət vəkili Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Qaradağ RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Röyal Əşrəfov, 139 saylı məktəbin müəllim və şagirdləri, "Qarabağ qaziləri" ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu, "Bos Şelf" şirkətinin insan hüquqları üzrə meneceri Qalib Həsənov, qazilər, əsgərlər, gənclər iştirak etdi. 
   "Qarabağ qaziləri" ictimai birliyinin Qaradağ filialının sədri Əvəz İsmayılov çıxış edərək birliyin sədri Asəf Əliyevin adından iştirakçıları salamladı. 
    Çıxışçılar qəhrəmanın döyüş yolundan danışdılar. 
    Tədbirdə həm 1990-cı illərin , həm də 44 günlük Vətən müharibəsinin iştirakçıları çıxış etdilər. Şəhidin müəllim yoldaşları da onunla bağlı xatirələrini bölüşdülər.  
    Məktəbin şagirdləri tərəfindən hazırlanan şəhidin döyüş yolundan bəhs edən kompozisiya təqdim olundu. 
    Tədbirin sonunda təhsildə fərqlənən şagirdlərə diplomlar və hədiyyələr təqdim edildi.

Keçidlər