Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elnur Dönməz oğlu İbrahimovun üçüncü ildönümü ilə bağlı anım mərasimi keçirilib

22 oktyabr 2023 | 12:07

   Bu gün 22.10.2023-cü ildə Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı giziri Elnur Dönməz oğlu İbrahimovun üçüncü ildönümü ilə bağlı anım mərasimi keçirilib. Anım mərasimi şəhidin dəfn olunduğu rayonun Ələt qəsəbəsində baş tutub.
   Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər    
   Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
   Daha sonra  mərasim iştirakçıları şəhid İbrahimov Elnur Dönməz oğlunun məzarı önünə gül dəstələri qoyublar.
   Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırmışdır, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.

 
 
 
 
 
 
Keçidlər