Şəhid Ceyhun Xanlar oğlu Əhmədxanovun anım mərasimi keçirilib
Bu gün 30.11.2022-ci il tarixində şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Ceyhun Xanlar oğlu Əhmədxanovun şəhadətə ucaldığı gündən bir il ötür.
30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Ceyhun Əhmədxanov hadisə zamanı şəhid olmuşdur. Şəhidin ildönümü mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, qazilər, Milli Məclisin deputatı Səbinə Xasıyeva, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, aparatının məsul əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra isə məzarı üzərinə gül dəstələri qoyulub.
Daha sonra şəhid ailəsinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Şəhidlərin ruhlarına dualar oxunmuşdur. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.