Şəhid Teyyublu Çərkəzin anım mərasimi keçirilib
Bu gün 24.10.2022-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, maxe, kiçik çavuş Teyyublu Çərkəz Vidadi oğlunun şəhadətə ucaldığı gündən iki il ötür.
Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov, Şəhidin ailə üzvləri, yaxınları, qazilər, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri 24.10.2020 ci il tarixdə Şəhid olmuş Teyyublu Çərkəz Vidadi oğlunun Şonqar qəsəbəsində yerləşən məzarını ziyarət etmiş, məzarın üzərinə gül dəstələri qoymuş, Şəhidin ailəsinə baş çəkmişlər.
Qaradağ Rayon İcra Hakimiyətinin başçısı Süleyman Mikayılov Şəhid ailəsi ilə söhbət etmiş, onları narahat edən problemləri diləmişdir. Şəhidin valideynləri cənab prezidentə və Mehriban xanıma şəhid ailələrinə göstərən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.