Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Bəxtiyar Əliyevin adını daşıyan körpələr evi –uşaq bağçasında “ 20 Yanvar” faciəsinin anım günü keçirilmişdi.

19 yanvar 2023 | 11:49

   19 yanvar 2023 cü il tarixində  Qaradağ  rayonu  Sahil  qəsəbəsində  yerləşən   Şəhid  Bəxtiyar Əliyevin   adını daşıyan   körpələr  evi –uşaq bağçasında  “  20  Yanvar”  faciəsinin  anım  günü  keçirilmişdi.
   O  gündən  33 il  keçməsinə  baxmayaraq uşaq  bağçasının  kollektivi həmin günü azyaşlı   uşaqların başa  düşəcəyi  tərzdə  izah  etməyə  çalışmışlar.  Tədbirdə Şəhid ailələri, bağçanın  müdiri  Nazilə Xudaverdiyeva   və bağça  kollektivi  iştirak  etdilər.   
   Tərbiyəçi  Vəfa  Məmmədova  tədbiri   “ 20  Yanvar “ Şəhidlərinin əziz  xatirəsini  bir  dəqiqəlik  sükutla  qeyd  etməklə  başladı.   
   Sonra Azərbaycan  Respublikasının  Dövlət  Himni  uşaqların  ifasında  səsləndi. Uşaqlar  Şəhidlər  haqqında  şeirlər  söylədi,  mahnılar  oxudular.                                                     Sonda  bağçanın  müdiri çıxış  edərək Azərbaycanın  Şanlı  Zəfərinin  qazanılmasında  məhz “20  Yanvar”  şəhidlərinin  sücaətinin  olmasını     söylədi.Allah  bütün  Şəhidlərimizə  rəhmət  eləsin.Amin.

 

Keçidlər