Şəhid Aslanov Elşən Alxas oğlunun şəhadətə ucaldığı gündən üç il ötür
Bu gün 23.10.2023-cü il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Aslanov Elşən Alxas oğlunun şəhadətə ucaldığı gündən üç il ötür.
Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, şəhidin ailə üzvləri, yaxınları, qazilər, , YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları tərəfindən Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmiş, sonra isə Şəhidin məzarı önünə gül dəstələri qoyulmuşdur.
Daha sonra şəhidin ailəsi ziyarət olunub. Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir.
Sonda şəhid ailəsinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.