Şəhid ailələri ziyarət olunur
24 iyul 2023-cü il tarixində Vətən müharibəsi Şəhidi Məstəliyev Nurəddin Hasil oğlu və Şəhid Aslanov Elşən Alxas oğlunun ailələrini yaşadığı evdə ziyarət olundu.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Həsrət Almasov ailənin qayğıları ilə maraqlandı, onları narahat edən məsələrin qeydiyyatı aparıldı, söhbət əsanasında bildirdi ki, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin bütün rəhbər şəxslərdən əsas tələbi şəhid ailələrinin həyatında heç bir problemin olmaması üçün şəhidlərin yaxınlarının daim diqqət mərkəzində saxlanılmasıdır. O cümlədən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş igidlərimiz də orden və medallara layiq görülüb.Bu bir daha onu göstərir ki, Azərbaycan dövləti hər zaman ən ali səviyyədə bu təbəqədən olan insanların - şəhid ailələrinin, müharibə əlillərinin yanındadır və bundan sonra da bu diqqət və qayğı davam edəcəkdir.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, problemlərinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.