Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ağabəy Məmmədquliyevin doğum günü qeyd edilmişdir

15 iyun 2023 | 12:36

  15 iyun 2023-ci il tarixində Qaradağ rayonu Korgöz qəsəbəsində şəhid Ağabəy Məmmədquliyevin doğum günü qeyd edilmişdir. Şəhid Ağabəy Məmmədquliyev 15 iyun 2001-ci il tarixində Qaradağ rayonunun Korgöz qəsəbəsində anadan olmuşdur. Korgöz qəsəbəsində 197 nömrəli tam orta məktəbi bitirmişdir. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə getmişdir. Xidmətini müharibəyə qədərki son günlərə qədər Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə davam etdirmişdir.Azərbaycan Ordusunun əsgəri olan Ağabəy Məmmədquliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağabəy Məmmədquliyev 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirən zaman şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ağabəy Məmmədquliyev ölümündən sonra "Vətən uğrunda","Suqovuşanın azad olunmasına görə" , "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.

Keçidlər