Şəhid Ağabəy Məmmədquliyevin doğum günü qeyd edilmişdir.
15 iyun 2022-ci il tarixində Qaradağ rayonu Korgöz qəsəbəsində şəhid Ağabəy Məmmədquliyevin doğum günü qeyd edilmişdir
Şəhid Ağabəy Məmmədquliyev 15 iyun 2001-ci il tarixində Qaradağ rayonunun Korgöz qəsəbəsində anadan olmuşdur. Korgöz qəsəbəsində 197 nömrəli tam orta məktəbi bitirmişdir. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə getmişdir. Xidmətini müharibəyə qədərki son günlərə qədər Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə davam etdirmişdir.Azərbaycan Ordusunun əsgəri olan Ağabəy Məmmədquliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağabəy Məmmədquliyev 27 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirən zaman şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ağabəy Məmmədquliyev ölümündən sonra "Vətən uğrunda","Suqovuşanın azad olunmasına görə" , "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir. Şəhidin doğum günü ilə əlaqədar olaraq tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin məsul əməkdaşları ,Milli Məclisin deputatı,rayon ictimaiyyətinin nümayəndələri, qəsəbənin ağsaqqalları və sakinləri iştiak etmişdir.Daha sonra şəhidin ailəsi ziyarət olunmuş və şəhidin xatirəsinə tikilmiş bulağ kompleksinin açılışı olmuşdur.Bulağ kompleksinin açlışında nitq söylənmiş və gül dəstələri qoyulmuşdur. Tədbir şəhidin məzarı ziyarət olunduqdan sonra bitmişdir. Şəhidin valideyinləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və birinci Vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarına bildirmişlər.