Şəhid Abdullayev Rəşad Arif oğlunun anım mərasimi keçirilib
29.09.2023-cü il tarixində Vətən Müharibəsində şəhid olmuş Abdullayev Rəşad Arif oğlunun şəhidlik zirvəsinə yüksəlməsinin 3-cü il dönümü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov , Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və Milli Məclisin üzvü Səbinə Xasayeva şəhidin Lökbatan qəsəbəsində şəhidin adına əbədiləşdirilmiş küçənin girişində olan Şəhidin abidəsi ziyarət olunmuş və abidənin önünə gül çələngi qoyulmuşdur.
Döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmanlıq nümunəsi göstərən şəhidlərimizdən biridə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinantlı Qüvvələrinin zabiti, kapitan Abdullayev Rəşad Arif oğludur. Kapitan Abdullayev Rəşad Arif oğlu 14.09.1988-ci il tarixində Cəllabad rayonunda anadan olmuşdur. 2020-ci il Qarabağın azad olunması uğrunda aparılan 44 günlük Vətən Müharibəsi zamanı 29.09.2020-ci il tarixində Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olmuşdur və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” ,”Vətən uğrunda” , “Kəlbəcərin azad olunmasına görə” ,”Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Qaradağ rayonu Lökbatan qəsəbəsində 1500 metr məsafəsi olan küçə şəhid Vətən Müharibəsi Qəhrəmanı Abdullayev Rəşad Arif oğlunun adına əbədiləşdirilmişdir