Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Abdullayev Cəlal Xankişi oğlunun dəfn olunmasının birinci ildönümü  ilə bağlı Qaradağ rayonu, Qobustan qəsəbəsində anım mərasimi keçirilmişdir.

11 sentyabr 2026 | 14:38

   11 sentyabr 2026-cı il tarixdə Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və 32 ildən sonra tapılaraq 12 sentyabr 2025-ci il tarixində dəfn olunan şəhid Abdullayev Cəlal Xankişi oğlunun dəfn olunmasının birinci ildönümü  ilə bağlı Qaradağ rayonu, Qobustan qəsəbəsində anım mərasimi keçirilmişdir.
   Anım mərasimində iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasovMilli Məclisin deputatı Aydın Hüseynov Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Qaradağ Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi  Samir Qurbanov, şəhidin ailə üzvləri və yaxınları, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoymuş və onun əziz xatirəsini ehtiramla yad etmişlər.
   Qeyd edək ki, Abdullayev Cəlal Xankişi oğlu 1971-ci il avqust ayının 24-də Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olub. O, 1993-cü ildə Kəlbəcər rayonu istiqamətindəki hərbi əməliyyatlarda iştirak edib və 1993-cü il mart ayının 29-da Kəlbəcər rayonunun Çərəktar kəndi uğrunda gedən döyüşlərdə itkin düşüb.
   Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
   Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Keçidlər