Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Abdullayev Cəlal Xankişi oğlunun anadan olmasının 55-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

24 avqust 2026 | 14:54

   Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 32 ildən sonra tapılaraq 12 sentyabr 2025-ci il tarixdə dəfn olunmuş şəhid Abdullayev Cəlal Xankişi oğlunun anadan olmasının 55-ci ildönümü ilə əlaqədar 24 avqust 2026-cı il tarixində Qaradağ rayonu, Qobustan qəsəbəsində anım mərasimi keçirilmişdir. 1971-ci il avqustun 24-də Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olan Abdullayev Cəlal Xankişi oğlu 1993-cü ildə Kəlbəcər rayonu istiqamətində mart ayının 29-da Kəlbəcər rayonunun Çərəktar kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.
   Anım mərasimində iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Qaradağ Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, şəhidin ailə üzvləri və yaxınları, eləcə də ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoymuş və onun əziz xatirəsini ehtiramla yad etmişlər.
   Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

 

Keçidlər