Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Abdullayev Balazadə Rafət oğlunun şəhadətə ucaldığı gündən üç il ötür

19 oktyabr 2023 | 17:09

   Bu gün -19.10.2023-cü ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Abdullayev Balazadə Rafət oğlunun şəhadətə ucaldığı gündən üç il ötür.

   Şəhidin anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov, Ələt bələdiyyəsi sədri Azad Musayev, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib və gül dəstələri qoyulmuşdur. Daha sonra şəhidin ailəsi ziyarət olunmuş və təşkil olunan ehsan məclisinə qatılmışlar.

   Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və dərin minnətdarlığını ifadə etmişlər.

 

Keçidlər