Şəhid Abbasov Pünhan Nəsir oğlunun şəhadətə ucaldığı gündən üçüncü il ötür.
Bu gün 17.10.2021-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Abbasov Pünhan Nəsir oğlunun şəhadətə ucaldığı gündən üçüncü il ötür. Abbasov Pünhan Nəsir oğlu 17.08.1997 -ci il tarixində Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olmuşdur.
44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan “Dəmir yumruğ” əməliyyatında Suqovuşan istiqamətindəki döyüşlərdə iştirak etmişdir və 17.10.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. Müharibədə göstərdiyi rəşadətə, igidliyə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Qaradağ rayon İcra Hakimiyyətini başçısının müavini Təranə xanım İsmaılova, Qaradağ rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin əməkdaşları ,Qaradağ rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül qoyulub.Daha sonra şəhidin ailəsi ziyarət olunub. Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə etmişdir