Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Lökbatan qəsəbəsində “Yaşıl şənbə” ağacəkmə aksiyası keçirilib

14 noyabr 2026 | 15:37

   “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində “Yaşıl şənbə” ağacəkmə aksiyası təşkil olunub.
   Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və rayonun ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyan aksiyada
   Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, Rayon  İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları iştirak ediblər.
   Aksiya çərçivəsində ərazidə müxtəlif növ ağac tingləri əkilib, mövcud yaşıllıq sahələrində abadlıq və səliqə-sahman işləri aparılıb. Əkilən ağacların suvarılması və aqrotexniki qulluq qaydalarına uyğun mühafizəsi ilə bağlı müvafiq tədbirlər görülüb.
   Qaradağ rayonunda yaşıllıq sahələrinin genişləndirilməsi, ərazilərin abadlaşdırılması və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Keçidlər