“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Tarixini çək, arzunu uçurt” adlı tədbir keçirildi
16 aprel 2026-cı il tarixində Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Tarixini çək, arzunu uçurt” adlı tədbir keçirilib.
Tədbirdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün yaranma tarixi, əhəmiyyəti, tarixi-mədəni irsin qorunmasının vacibliyilə bağlı və milli mədəniyyətimizi, tariximizi özündə əks etdirən mədəni, dini,tarixi abidələrimiz haqqında cıxışlar edildi.
İştirakçılar Mərkəzin foyesində tarixi abidələrimizin məktəblilər tərəfindən hazırlanmış maketlərindən ibarət sərgiyə baxış keçirdilər.
Sonra şagirdlər Mərkəzin önündə-Ulu Öndərin adını daşıyan parkda xalqımızın mədəni, dini, tarixi abidələrinin rəsmini öz yaradıcılıq bacarıqları ilə nümayiş etdirdilər.
Şagirdlərin bir qismi molbertlər qarşısında sulu boyalarla, bir qismi isə asfalt yerləri rənglərin və arzuların məkanına çevirərək təbaşirlə tarixi abidələr əks etdirən rəsmlər çəkdilər.
Şagirdlərin yaratdıqları rəngarəng kompozisiyalar tədbirə xüsusi ovqat bəxş edib, tarixi irsə sevgi və bağlılığın bədii ifadəsinə çevrilib.
Tədbirin sonunda fəal iştirak edən şagirdlər Qaradağ rayon Heydər Əliyev Mərkəzi tərəfindən “Təşəkkürnamə” ilə təltif olundular.
Sonda məktəblilər tərəfindən üzərində tarixi abidələrimizin şəkiləri bərkidilmiş şarlar və çərpələnglər səmaya uçuruldu.
Tədbirdə 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, 106, 139 və 166 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri iştirak ediblər.






