Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq ili” çərçivəsində 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "Keçmişi qorumaq-gələcəyi qurmaq" adlı dəyirmi masa keçirildi.

17 aprel 2026 | 14:54

17 aprel 2026-cı il tarixində Qaradağ rayon Heydər Əliyev Mərkəzinin, Qaradağ rayon İcra Hakimiyyətinin və 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "Keçmişi qorumaq-gələcəyi qurmaq" adlı dəyirmi masa keçirildi.

Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinin sektor müdiri Şamama Ağamuradova, Mərkəzin direktoru Çərkəz Əliyeva, 7 Nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin direktoru Elvira Mirzəyeva, dərnək üzvləri, dərnək rəhbərləri və qonaqlar iştirak etdilər.

Dəyirmi masa zamanı tarixi abidələrimizin qorunmasının əhəmiyyəti, milli-mədəni irsimizin gələcək nəsillərə ötürülməsi və gənclərin bu sahədə maarifləndirilməsi mövzularında maraqlı müzakirələr aparıldı.

İştirakçılar öz fikir və təkliflərini bölüşərək, tarixi irsimizə sahib çıxmağın vacibliyini bir daha vurğuladılar.

Keçidlər