Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü qeyd olunmuşdur

13 fevral 2026 | 12:04

         Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən, başçının birinci müavini Emil Abbasov, rayon icra hakimiyyətinin başçısı aparatının sektor müdirləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin şəxsi heyəti iştirak etmişdir.

         Qaradağ Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən, başçının birinci müavini Emil Abbasov çıxış edərək bildirmişdir ki, Azərbaycanda dövlət quruculuğunun mühüm tərkib hissəsi olan Silahlı Qüvvələr hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində dayanıb. Milli Ordumuzun möhtəşəm qələbələri də bunu sübutudur. Bu gün müasir və güclü orduya sahib olan Azərbaycanda ordu quruculuğu 1993-cü ildən - Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilməyə başladı. Hərbi təhsil, hərbi səhiyyə sahəsində islahatların aparılması, bu sahədə beynəlxalq əlaqələrin qurulması və gücləndirilməsi sözügedən sahədəki yeniliklərin əsas tərkib hissəsi idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş ordu quruculuğu siyasəti bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

          Aparılan uğurlu islahatlardan biri də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasıdır. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 13 fevral 2012-ci il tarixində imzaladığı fərmanla "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun tətbiqinə başlanılmışdır. Xidmət yaradıldıqdan sonra müasir standartlara uyğun səfərbərliyin təşkil edilməsi istiqamətində, orduya çağırış məsələlərində mühüm nailiyyətlər əldə olunmuşdur.

          Ermənistanın təxribatlarına ordumuzun layiqli cavab verdiyi 44 günlük Vətən müharibəsində yenilməz gücünün növbəti nümayişi kimi vurğulanmışdır.

          Ali Baş Komandan cənab İlham Əliyev bu döyüşləri tarixi qələbə kimi xarakterizə edərək Azərbaycan ordusunun döyüş qabiliyyətinin, mənəvi-psixoloji durumun, vətənpərvərlik ruhunun çox yüksək olduğunu bildirmişdir.

         Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Samir Qurbanov Xidmətin keçdiyi uğurlu yoldan danışaraq kollektiv adından təşəkkürünü bildirmişdir.

           Tədbirin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin xidmətdə fərqlənən əməkdaşlar təltif edilmişlər.

Keçidlər