Sahil və Müşviqabad qəsəbələrində qanunsuz küçə ticarətinin monitorinqi aparıldı
14 noyabr 2022 | 16:12
14.11.2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə rayonun Sahil və Müşviqabad qəsəbələrində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti nəzarət-profilaktik tədbirlər keçirilmişdir.
Eyni zamanda, keçirilən tədbir zamanı vətəndaşlara İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunsuz küçə ticarəti, yəni Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə olunacaqları bildirilmişdir.