Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması" tapşırığının icrasının təmin edilməsi məqsədilə maarifləndirmə tədbiri keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.4-cü bəndinə uyğun olaraq, Qaradağ Tibb Mərkəzində "Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması" tapşırığının icrasının təmin edilməsi məqsədilə maarifləndirmə tədbiri keçirilmişdir.
Maarifləndirmə çərçivəsində mərkəzə müraciət edən və səhhətində müəyyən risk faktorları olan vətəndaşlarla fərdi söhbətlər aparılmış, həkim qəbulları zamanı onların qidalanma rejimi, düzgün pəhriz prinsipləri və balanslı qidalanmanın sağlamlığa təsiri barədə ətraflı məlumat verilmişdir. Həkimlər xüsusi olaraq hamilə qadınların və uşaqların gündəlik rasionunda vitamin, mineral və digər zəruri qida maddələrinin yer almasının vacibliyinə diqqət çəkmişlər.
Qaradağ Tibb Mərkəzi olaraq bu istiqamətdə maarifləndirmə tədbirləri mütəmadi şəkildə davam etdirilir və xüsusi həssas əhali qruplarının sağlam həyat tərzi ilə bağlı məlumatlandırılması daim diqqət mərkəzində saxlanılır.






