“Sağlam qidalan, sağlam böyü” adlı tədbir keçirilmişdir.
29 noyabr 2022-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 139 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramın 10.12.5-ci bəndinin (Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi) icrasının təmin edilməsi məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva, 139 nömrəli tam orta məktəbin tibb bacısı Təranə Zeynalova, müəllimləri və sagirdləri iştirak etdi.
Səmayə Şıxəliya öz çıxışında sağlam qidalanmanın sağlamlığımızın ən vacib şərtlərindən biri olduğundan və insanın daha nikbin yaşamasına kömək etməsindən danışdı.
Tədbirdə çıxış edən məktəbin tibb bacısı Təranə Zeynalova iştirakçıların verdiyi sualları cavablandırdı və sağlamlığımıza hansı qidaların faydalı, hansılarının zərərli olduğunu qeyd etdi.