Sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici tədbir keçirildi
21 iyul 2023-cü il tarxində Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli, 3378 nomrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.2. bəndinə uyğun olaraq maarifləndirici görüş keçirildi.
Görüşdə Sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici materialların (videoçarxlar, bukletlər, plakatlar və s.) hazırlanması və aidiyyəti mobil tətbiqlərin istifadəyə verilməsi barədə ətraflı məlumat verildi.
Qeyd edildi ki, sağlam həyat tərzi barədə müxtəlif informativ maarifləndirici resursların yaradılması bilavasitə əsas icraçı qismində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən hazırlanmışdır. Hazırlanmış materillarin şəkilləri, həmçinin mobil tətbirlərin yeklənməsi üçün linklər Qaradağ Rayon İcra Hakimiyyətinin sosial şəbəkə hesablarında paylaşılaraq, rayon ictimaiyyətinin nəzərinə çatdırılmışdır.
Tədbir iştirakçilarının nəzərinə çatdırılmışdır ki, əhalinin bu istiqamətdə maarifləndirilməsi üçün müvafiq tapşırların icrasını təmin etsinlər