Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam həyat – sağlam gələcək”adlı tədbir keçirildi

22 fevral 2024 | 10:52

22 fevral 2024-cü il tarixdə Heydər Əliyev Mərkəzində Bakı Şəhər Gənclər və İdman İdarəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sağlam həyat – sağlam gələcək” adlı təlim keçirdi.

Tədbirdə Qaradağ rayonu üzrə gənclər və idman sektorunun müdiri Elçin Abbasov, Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məslələr şöbəsinin baş məsləhətçisi Səmayə Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Ahəng psixologiya, reabilitasiya, inkişaf mərkəzinin rəhbəri Vüsalə Əmiraslanova, Lökbatan bələdiyyəsinin sədr müavini Aytən Alışova, məktəblərin yuxarı sinif şagirdləri və müəllimləri iştirak etdilər.

Çıxışlarda gənclərə sağlam həyat tərzini aşılayan tövsiyələr verməklə yanaşı, bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi dəyərlərinə, insanların həyatına, sağlamlığına ciddi maneə olduğu vurğuladı. Qeyd olundu ki, düzgün qidalanma, gənclərin idmana cəlb olunması, istedadlarını aşkar edərək onların yaradıcılıq dərnəklərinə istiqamətləndirilməsi ilə asudə vaхtlarının səmərəli istifadə olunmasının təşkili   neqativ hallara qarşı mübarizənin ən mükəmməl vasitələrindən biridir.

Gəncləri maraqlandıran suallara açıqlamalar verildi və hər bir iştirakçıya sertifikat təqdim olundu..

Keçidlər