Şriftin ölçüsü :

Saytın rəngi :

"Sağlam həyat – sağlam gələcək” mövzusunda Heydər Əliyev Parkında sərgi təşkil olundu.

31 avqust 2023 | 16:31
   31 avqust 2023-cü il il tarixdə Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Bakı şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Sağlam həyat – sağlam gələcək” mövzusunda Heydər Əliyev Parkında sərgi təşkil olundu.
   Tədbirdə Bakı şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun müdiri Elçin Abbasov, Qaradağ rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Səmayə Şıxəliyeva, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Ə.Əmirov adına Mədəniyyət Sarayının əməkdaşları  iştirak etdi. 
   Bakı şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun müdiri Elçin Abbasov sərginin keçirilməsində məqsədin sağlam həyat tərzini təbliğ etmək, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləmək olduğunu bildirdi. Böyüməkdə olan nəsli idman sektorlarına yönəltməklə bərabər, neqativ hallarla mübarizədə görülməsi vacib oilan işlərdən danışan çıxışçı  zərərli vərdişlərin insan orqanizminə məhvedici təsirindən, onların doğurduğu faciələrdən söhbət açaraq  bu halların qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin cəlb edilməsi, təşkilatlar və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsinin vacib olduğunu qeyd etdi.
   Həm iştirakçılar, həmdə yerli sakinlər tərəfindən sərgiyə baxış keçirildi. Diqqəti daha çox cəlb edən gənc rəssamların canlı olaraq çəkdikləri rəsmlər oldu. Onlar çədikləri rəsmlərin mənası, rəng çalarları, hansı düşüncələr yaratmaq ehtimalı barədə sərgi iştirakçılarına məlumat verdilər. Tədbirin gedişi zamanı sakinlərə sağlam həyatı aşılayan bukletlər, narkomanlıq, tütün məmulatları, alkoqollu içkilərlə mübarizə üzrə maarifləndirici broşürlər paylandı.
Keçidlər