"Sağlam həyat" layihəsi çərçivəsində idman tədbiri keçirildi.
22 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Tədbirlər Planının 3.3.7.1 maddəsində (“Respublikanın ali və orta təhsil müəssisələrində tələbə/şagird və müəllim heyəti üçün sağlam həyat tərzi barədə müxtəlif informativ maarifləndirici resursların yaradılması”) qeyd olunmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Lökbatan qəsəbəsi Heyder Əlıyev parkında Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş "Sağlam həyat" layihəsi çərçivəsində idman tədbiri keçirildi. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri Munis Bayramov, Qaradağ rayon gənclər və idman sektorunun müdiri Elçin Abbasov, Gənclər və İdman Nazirliyi tərəfintən təyin olunmuş hakimlər kollegiyası, 101 nəfər rayon orta məktəblərinin sağirdləri iştirak etdilər. Mərhələlər üzrə keçirilən idman yarışının sonunda iştirakçılara sertifikatlar verildi.