Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam düşüncə sağlam həyatın təməlidir” adlı təlim keçirilmişdir

19 iyul 2023 | 14:25

19 iyul 2023-cü il tarixində Qaradağ rayonunun Sahil qəsəbəsində fəaliyyət göstərən Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli, 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Tədbirlər Planının 3.3.7.1 maddəsində (“Respublikanın ali və orta təhsil müəssisələrində tələbə/şagird və müəllim heyəti üçün sağlam həyat tərzi barədə müxtəlif informativ maarifləndirici resursların yaradılması”)  qeyd olunmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə maarifləndirici təlim keçirilib.

Təlimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Şamama Ağamuradova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmayə Şıxəliyeva, Lökbatan Tibb Mərkəzi PHŞ əməkdaşı Gülxanım Qədirli, Gənclər Evinin əməkdaşları və rayon məktəbliləri iştirak edirdi.

Təlimdı ayrı-ayrı fənlərin insan həyatında, yəni fiziki, psixoloji sağlamlığının və aktivliyinin artırılmasında rolu barədə fikir mübadilələri aparılmışdır.

Bundan başqa zərərli vərdişlərin məktəblilərin fiziki və əqli sağlamlıqlarına mənfi təsiri barədə məsələlər geniş müzakirə olunmuşdur.

Təlimdə əyani vəsaitlərdən istifadə olunmuş, daha anlaşıqlı olması üçün izahatlı görüntülər təqdim olunmuşdur.

Yekunda təlimdə iştirak edən məktəblilər arasında qeyd olunan məsələlərlə əlaqədar sorğu keçirilmişdir. 

Keçidlər