Sağlam Ailə, Sağlam Gələcək” mövzusunda tədbir keçirilmişdir.
13 aprel 2023-cü il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin və Qaradağ Gənclər Evinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın 4.5.1-ci bəndinə əsasən (Uşaq nikahlarının qarşısının alınması tədbirlərinin gücləndirilməsi) məqsədilə Qaradağ Gənclər Evində “Sağlam Ailə, Sağlam Gələcək” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon icra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”nın məsul katibi Ruslan İsmayılov, Qaradağ Gənclər Evinin direktoru Natiq İmanov, Bakı Modern Psixoloji Sağlamlıq və Nitq İnkişafı Mərkəzinin rəhbəri Həcər Soltanova, Yeni nəsil beyin aparatları üzrə mütəxəssis -Psixoloq Miranə Quliyeva, Defektoloq-loqoped Mahizər Eyvazova. Qaradağ Rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları iştirak edirdi.
Çıxışçılarda erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olması, psixologiyasına mənfi təsir göstərməsi, Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaratması mövzusunda danışıldı. Erkən nikahın fəsadlarının şagirdlər arasında mütamadi olaraq təbliğ edilməsinin vacibliyi qeyd edildi.
Tədbir diskussiya şəklində davam etdi. Sonda məktəb psixoloqlarını maraqlandıran suallar cavablandırıldı.