Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən seminar-təlim keçirilmişdir

12 aprel 2023 | 11:26

   11 aprel 2023-cü il tarixində Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 139 nömrəli məktəbin akt zalında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən rayonun bir qrup məktəb, körpələr evi-uşaq bağçası müdirləri və həkimləri üçün seminar keçirilmişdir.

   Təlimdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri Fatma Nəzərova və Mehriban Eminova, Qaradağ Rayon Gigiyena ve Epidemiologiya Mərkəzinin Uşaq və yeniyetmə gigiyenasının  şöbə müdiri Natiq Ağayev, Qaradağ Rayon İcra Hakimiyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmayə Şıxəliyeva, rayonun təhsil və tibb işçiləri iştirak etmişlər.

   Seminarda sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə aid təlimatlar verilmişdir. Eyni zamanda qurd invaziyası hallarının azaldılması üçün məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə uşaqların qurd invaziyalarına görə yoxlanması, müalicəsi və profilaktik tədbirlərin aparılması barədə danışıldı.

   Təlim diskussiya şəklində davam etdi. Sonda həkimləri uşaq bağçası və məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırıldı.

Keçidlər