Şriftin ölçüsü :

Saytın rəngi :

“Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirildi

13 iyun 2022 | 15:06

   13 iyun 2022-ci il tarixində 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı dəyirmi masa keçirildi.

 

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ RİH başçısı yanında Şuranın üzvləri, aparatın şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

   Tədbir iştirakçıları Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ulu Öndərin abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.

   Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd etdi. Bildirdi ki, 29 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı. Bu gün regionun söz sahibi dövlətinə çevrilməsinin əsas qayəsi məhz ümummilli lider Heydər Əliyevin sağlam təməllər üzərində qurduğu siyasətin Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindədir.

   Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov 1993-cü il 15 iyun tarixini qayıdış günü kimi qiymətləndirdi. Qeyd olundu ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Heydər Əliyevin yorulmaz və titanik fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter aldı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldü.

   Milli Məclisin Deputatı Səbinə Xasayeva çıxış edərək bildirdi ki, məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi dövlətimizin iqtisadi qüdrəti durmadan artır, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır, ölkəmizdə ictimai-siyasi sabitlik möhkəmlənir, xalqımızın sosial rifahı günbəgün yaxşılaşır. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.

   YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev  çıxış edərək bildirdi ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.

   Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov çıxışında qeyd etdi ki, Heydər Əliyev dünya qlobal siyasət paralel və meridianlarının ekvator mərkəzi idi. Bu gün də dünyanın Ulu Öndərə ehtiyacı var. Fəxr edirəm ki, 91-lərin biri kimi mənim də müəyyən xidmətlərim olmuşdur.

   Digər çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov 1993-cü il iyun hadisələrində respublikadakı ictimai asayışın vəziyyəti barədə, həmin illərdə sahə müvəkkili işlədiyindən, keçmiş xatirələrindən danışdı və bayram münasibətilə iştirakçıları təbrik etdi.

   Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında iştirakına, mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə bir qrup rayon icttimaiyyət nümayəndələrinə fəxri fərmanlar və hədiyyələr təqdim olundu.

Keçidlər