Qobustan qəsəbəsində “Novruz gəlir elimə” tədbiri keçirilmişdir
Qaradağ rayon Qobustan qəsəbəsində “Novruz gəlir elimə” başlığı ilə Qobustan qəsəbə Mədəniyyət sarayı önündə ümüm qəsəbə bayram tədbiri kecirilmişdir.
Konsert tədbirində qəsəbə sakinləri, mədəniyyət evinin kollektivi , qəsəbə gəncləri , məktəblilər və qonaqlar iştirak etmişlər.
Tədbirin açılışında Qobustan qəsəbə İƏD üzrə nümayəndə Tarverdi Qurbanov, Qobustan qəsəbə ağsaqqalar şurasının sədri Allahverdi Məmmədov çıxış edərək sakinlərin bayramını təbrik etdilər.
Millət vəkili Aydın Hüseyinov bayram tədbirində iştirak cıxış edib , bayram toqalını yandırdı.
Bayram xoncaları ilə bəzənmiş ərazi kənardan gəlmiş qonaqların və sakinlərdə xoş əhval yaratmışdır. Konsert tədbirində yerli aşıq qrupu, Mədniyyət evinin solistləri və qonaq solistlər öz bayram məzmunlu mahnıları ilə Qobistan qəsəbə sakinlərini sevindirmişlər!